Portuqaliyalı ulduz futbolçu Rikardo Quarsema yenidən Avropa futboluna qayıdır. Siasport.az saytı xəbər verir ki, Milan "İnter"indən "Beşiktaş"a transfer olunan, daha sonra isə futbol həyatını Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" komandasında davam etdirən portuqaliyalı ulduz futbolçu, qış transfer pəncərəsi başlayan kimi doğma vətəni Portuqaliyaya qayıtmaq istəyir. Ulduz futbolçunun "Porto" futbol klubunda çıxış edəcəyi gözlənilir. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, artıq "Porto"nun menecerləri ilə R.Quarsema arasında ilkin razılaşma əldə olunub.
Xatırladaq ki, R.Quaresma bundan əvvəl də dəfələrlə Avropa futboluna qayıtmaq istədiyi barədə açıqlamalar verirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB