İstanbulun "Qalatasaray" futbol klubu daha bir itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, "cim bom"un gənc futbolçusu Semih Kaya aldığı zədə ucbatından ciddi əməliyyat olunacaq. Klubun rəsmi saytı, 22 yaşlı futbolçunun əməliyyat olunması barədə məlumat verməsə də, Türkiyə mətbuatı tamam başqa məlumatlar dərc edir. Yerli mətbuat yazır ki, "Qalatasaray"ın həkim personalı belindən ciddi zədə alaraq hələ də müayinə altında olan S.Kayanın mütləq ciddi şəkildə əməliyyat olunması ilə bağlı komanda rəhbərliyinə raport veriblər. Məlumata əsasən, gənc futbolçu çox güman ki, qış fasiləsinə qədər yaşıl meydanlara çıxa bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB