Cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib

Cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib

Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi birincilikdə 49 klubdan 394 idmançı mübarizə aparıb.
Yarışa ilk dəfə yeni yaranmış "EVO" cüdo idman klubunun yetirmələri də qatılıb. Yeni olmasına baxmayaraq, klub Bakı birinciliyində 4 medal qazanıb.
Birincilikdə Hüseyn Cəlilov (46 kq), Kəramət Hüseynov (50 kq), Nəriman Əhmədov (55 kq), Elvar Abdullayev (60 kq), Hasil Cəfərov (66 kq), Naim Hüseynov (73 kq), Famil Quluzadə (81 kq), Cəfər Əkbərov (90 kq) və Xalid Mehdiyev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızların mübarizəsində isə İlahə Cəlilova (40 kq), Banu Bağırova (48 kq), Bəsti Səfərova (57 kq) və Nərgiz Hacıyeva (63 kq) qızıl medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə