Azad Rəhimov Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak edəcək
Gənclər və idman naziri Azad Rəhimov 22 noyabr tarixində İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bü ölkəyə rəsmi səfərə yola düşür. Siasport.az saytının məlumatına görə, tədbirdə komitənin prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
23 noyabr tarixinədək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçirilməsi planlaşdırılılan I Avropa Oyunları ilə bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.
Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB