Futbol üzrə İsveç millisinin forvardı Zlatan İbrahimoviç, dünən Portuqaliya millisi ilə keçirilən qarşılaşmadan sonra maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu Portuqaliya millisinə məğlub olaraq futbol üzrə dünya çempionatından kənarda qalmalarına üzüldüyünü deyib. O bildirib ki, artıq milyonlarla futbol azarkeşi üçün gələn il Braziliyada keçiriləcək dünya çempionatının heç bir marağı qalmayıb. Buna səbəb kimi siə, o özünün Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməməsini əsas gətirib. O bildirib ki, özünün iştirak etmədiyi Dünya Çempionatı çox maraqsız olacaq. Z.İbrahimoviç həmçinin qeyd edib ki, yaşının çox olması səbəbi ilə artıq milli komandadan gedəcəyini də planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB