DÇ-də mübarizə aparacaq 31 komanda artıq müəyyənləşib

DÇ-də mübarizə aparacaq 31 komanda artıq müəyyənləşib

Braziliyada keçiriləcək dünya çempionatında mübarizə aparacaq 31 yığma komanda artıq müəyyənləşib. Siasport.az saytının məlumatına görə, ümumilikdə 31 komandadan Avropa zonasından 13, Cənubi Amerikadan 5, Şimali Amerikadan 4, Asiyadan 4, Afrikadan 5 yığma komanda dünya çempionatında iştirak edəcək.

Son vəsiqənin sahibinin adı isə bu gecə Uruqvay - İordaniya qarşılaşmasından sonra məlum olacaq.

Qeyd edək ki, 31 komandadan dünya çempionatında Avropadan İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan, Xorvatiya, Cənubi Amerikadan Braziliya, Argentina, Kolumbiya, Çili, Ekvador, Şimali Amerikadan ABŞ, Kosta-Rika, Meksika, Honduras, Asiyadan Yaponiya, Cənubi Koreya, Avstraliya, İran, Afrikadan Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə