"Qarabağ" klubu "Rəvan"la oyuna hazırlaşır

"Qarabağ" klubu "Rəvan"la oyuna hazırlaşır

"Qarabağ" klubu "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XIV turunda "sarı-qırmızı"ları qəbul edəcək Ağdam təmsilçisi məşqlərini tam heyətlə keçirə bilmir. Milli komandalarda olan futbolçular məşqlərdə iştirak etmirlər. Rəşad Sadıqovla Admir Teli də komandadan ayrı düşüb. R.Sadıqov belindən, A.Teli isə barmağından aldığı zədəyə görə hazırlıq prosesinə qatıla bilmir. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb.

Yaranmış fasilədə yoxlama oyunu keçirməyən komanda mövcud futbolçularla 2 tərəfli oyun təşkil edib. Suraxanıdakı məşq meydançasında baş tutan matç 40 dəqiqlik 2 hissədən ibarət olub.

Qeyd edək ki, "Qarabağ" - "Rəvan" oyunu noybarın 24-ü baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə