Neçə gündür ki, Türkiyə və İtaliya mediyası, "Milan"ın ərəb əsilli ulduz futbolçusu Stefan Əl Şaaraviinin "Qalatasaray"a keçəcəyini, bunun müqabilində isə son vaxtlar oynadığı oyunla diqqətləri üzərinə çəkən hollandiyalı futbol ulduzu Uesli Sneyderin "Milan"a keçəcəyi barədə xəbərlər yayırlar. Ulduz futbolçunun meneceri Roberto La Florio Türkiyə mətbuatına verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib. Futbolçunun meneceri "Qalatasaray"ın böyük hədəfləri olan komanda olduğunu elan edərək bildirib ki, əgər qarşılıqlı razılıq olarsa ulduz futbolçunun İstanbul klubuna keçidi mümmkün variantdır. R.L.Florio bildirib ki, S.Ə. Şaaravinin "Qalatasaray"ın baş məşqçisi Roberto Mançiniyə özəl səmimi münasibətlər bəsləməsi də bu transferin reallaşması üçün müsbət faktordur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB