Berti Foqts: "Futbolçular oyuna ciddi yanaşmadılar"

Berti Foqts: "Futbolçular oyuna ciddi yanaşmadılar"

Qırğızıstan və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:

Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi): "Rəqibin ifasında yaxşı futbol gördük. Biz ancaq son 20 dəqiqədə yaxşı oynadıq. Kombinasiyalı oyun göstərməyə çalışdıq. Qələbə qazanmalı idik. Yenə deyirəm, komandamızın yalnız son 20 dəqiqədəki çıxışından razıyam. Futbolçular oyuna ciddi yanaşmadılar.

Bu gün bəzi oyunçuları sınadıq. Narazı qaldıqlarım oldu. Topsuz oynaya bilmirlər. Komandada problemlər var".

Sergey Dvoryankov (Qırğızıstan milli komandasının baş məşqçisi): "Yoldaşlıq görüşləri və rəsmi oyunlar arasında böyük fərq var. Mövsümün sonudur. Bu səbəbdən komandalar hazır olmaya bilər. Azərbaycan milli komandasının son iki oyununa baxmışdım. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə