Futbol üzrə Azərbaycan milli komandası daha bir anti rekorda imza atıb. Siasport.az saytı xəbər verir ki, ardıcıl 7 oyundur qol vuran Berti Foqtsun yetirmələrinin məhsuldarlıq seriyası Qırğızıstan yığması ilə bu gün Bişkekdə baş tutan matçda qırılıb. Meydanı qolsuz heç-heçə ilə tərk edən yığmamız 238 gündən sonra rəqib qapısına yol tapmadı. Martın 26-da Bakıda Portuqaliyaya 0:2 hesabı ilə uduzan Foqtsun yetirmələri üçün həmin görüş qol vurulmayan son matç idi. Ondan sonra isə milli qarşılaşdığı hər rəqibin qapısına yol tapırdı.
Maltaya 3, Şimali İrlandiyaya 2 qol vuran komandamız Qətər, Lüksemburq, İsrail, Rusiya və Estoniya ilə görüşləri də qolsuz tərk etməmişdi. Son 7 matçda 10 qol vuran millinin tarixinin ən uğurlu seriyası başa çatdı.
Qol vurulmayan matç
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya – 0:2
Qol seriyası
29 may 2013. YO. Doha. Qətər – Azərbaycan - 1:1
7 iyun 2013. DÇ. Bakı. Azərbaycan – Lüksemburq - 1:1
14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0
7 sentyabr 2013. DÇ. Ramat-Qan. İsrail – Azərbaycan - 1:1
11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Şimali İrlandiya – 2:0
15 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Rusiya – 1:1
15 noyabr 2013. Tallinn. YO. Estoniya – Azərbaycan - 2:1
Qol vurulmayan matç
19 noyabr 2013. Bişkek. Qırğızıstan – Azərbaycan – 0:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB