İkinci dəfə Avropa çempionu olmuş şahmat üzrə Azərbaycan milli komandasının üzvü Eltac Səfərli yarışla bağlı açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, yarışın çətin keçdiyini qeyd edib: "Yarış çətin idi. Çempionatdan əvvəl 6-cı idik. İlk oyunda bizdən zəif İsveç yığması ilə 2:2 hesablı heç-heçə etdik. Bundan sonra ardıcıl qələbələr qazandıq, liderlər sırasında olduq. Daha sonra isə heç kimə şans vermədik. Son oyun çox vacib idi. Heç-heçə etdik və Avropa çempionu olduq.
Dünya çempionatına 5 gün qalıb. Türkiyənin Antalya şəhərində bizi çətin yarış gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB