İsmayıllıda bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçirilir

İsmayıllıda bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçirilir
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı start götürüb. Siasport.az saytı xəbər verir ki. yarışda 16 idmançı (həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü yeniyetmələr) iştirak edir. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparırlar. Açılış mərasimində çıxış edən Respublika gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədii gimnatika son illərdə ölkəmizdə sürətlə inkişaf edərək, böyük uğurlar qazanıb. İ.İsmayılov diqqətə çatdırıb ki, indi nəinki paytaxtda, bölgələrdə də istedadlı idmançılar yetişir. Dövlət himni səsləndirildikdən sonra, mübarizə başlayıb. Son 5 ilin dəyişməz çempionu Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, indi rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedir.

Bu idmançılar artıq ilk çıxışları ediblər. Adı ilk çəkilən gimnast halqa proqramda 18, 93 xal yığıb. Onun əsas rəqibi Lalə Yusifova daha yaxşı çıxış edib. O, gürzlərlə hərəkətlərdə hakimlərdən 19, 17 xal alıb. Qeyd edək ki, çempionatda Respublika Kompleksi İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi" İSM, Bakı Gimnastika Məktəbi, "Spartak" və "Sərhədçi" klublarının təmsilçiləri də çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə