Pley-off oyunlarına hansı kanallarda baxmaq olar?

Pley-off oyunlarına hansı kanallarda baxmaq olar?

Gələn il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının pley-off mərhələsinin bu gün baş tutacaq dörd cavab oyunundan ikisinə Türkiyə və Rusiya kanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Siasport.az saytı xəbər verir ki, Aərbaycanın futbol azarkeşləri İsveç – Portuqaliya matçını saat 23.45-dən etibarən Türkiyənin "Kanal 24" telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər. Saat 00.00-da başlanacaq Fransa – Ukrayna qarşılaşması isə Türkiyənin "Samanyolu Haber" və Rusiyanın "Rossiya 2" kanalları ilə birbaşa nümayiş etdiriləcək. Xatırladaq ki, ilk qarşılaşmada Portuqaliya (1:0) və Ukrayna (2:0) komandaları qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə