"İnter"in döyüşçüləri Rusiyadan uğurla qayıdıblar

"İnter"in döyüşçüləri Rusiyadan uğurla qayıdıblar

Rusiyanın Kaluqa vilayətinin Medın şəhərində keçirilən universal döyüş növü üzrə dünya çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışlarda 36 müxtəlif ölkədən idmançılar iştirak edib. Şəxsi xarakter daşıyan turnirdə "İnter"in 14 idmançısı mübarizə aparıb. Yarış döyüşçülərimiz üçün uğurlu alınıb.

"Layt" versiyalı turnirdə 48 kq çəki dərəcəsində mübarizə aparan Afaq Cavadova 3-cü, 70 kq çəki dərəcəsində yarışan Orxan Qurbanov 1-ci, 75 kq çəki dərəcəsində Sahil Namazov 3-cü, 80 kq çəki dərəcəsində Səlim Sultanov 2-ci, 85 və 90 kq çəki dərəcələrində Muradxan Fərzəliyev və Tahir Məsimov 1-ci, 95 kq çəki dərəcəsində Qəzənfər Namazov 3-cü olub.

"Klassik" versiyada Afaq Cavadova və Gülnar Gülməmmədova (57 kq ) 3-cü yerdə qərarlaşıb. 75, 90 və 95 kq çəki dərəcələrində yarışan Namiq Məmmədzadə, Məhərrəm Məmmədov və Sahib Əliyev də bürünc medal qazanıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Nicat Əliyev isə yarışı qızıl medalla başa vurub.

Qeyd edək ki, komandanın baş məşqçisi Elşən İsmayılov turnirin ən yaxşı hakimi adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə