"Baku Fires" - "Mexico Guerreros": heyətlər məlumdur

"Baku Fires" - "Mexico Guerreros": heyətlər məlumdur

Dekabrın 23-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turunun matçı keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycanın "Baku Fires" klubu cari mövsümdə ilk ev qarşılaşmasında Meksika komandasını qəbul edəcək. Hər iki komanda yeni mövsümə məğlubiyyətlə başladığından bu görüş prinsipial əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Mexico Guerreros" ilk turda doğma divarlar arsında Kuba komandasına 0:5 hesabı ilə uduzub.

Komandaların heyətləri:

"Baku Fires" – "Mexico Guerreros"

52 kq. Məhəmməd Əbdülhəmidov – Jantoni Ortiz Markano

60 kq. Albert Səlimov – Fernando Alvarez

69 kq. Məhəmməd Nuruddinov – Karl Held

81 kq. Ramazan Məhəmmədov – Boburbek Yuldaşev

+91 kq. Arslanbek Mahmudov – Renat Rahimov

Bu matçda "Mexico Guerreros" klubunun heyətində WSB liqasında 4 boksçu debüt edəcək. Onlardan ikisi – Boburbek Yuldaşev və Renat Rahimov özbəkistanlıdır. Ötən ildən komandada olan Fernando Alvarez isə artıq bir dəfə Albert Səlimovla döyüşüb və məğlub olub.

Dünya və Avropa çempionu A.Səlimov "Baku Fires" klubunun heyətində 5-ci döyüşünə çıxacaq. O, bu görüşlərdən dördündə qalib gəlib. Komandamızda isə bu dəfə Arslanbek Mahmudov debüt edəcək. 24 yaşlı boksçu 2010/2011 və 2011/2012-ci illər mövsümündə Rusiya komandasının şərəfini qoruyub. A.Mahmudov 2010-cu ildə tələbələr arasında dünya çempionu olub.

İlk turda B qrupunda keçirlmiş görüşlərin nəticələri:

"Astana Arlans" – "Baku Fires" 4:1

Rusiya – "Poland Hussars" 5:0

"Mexico Guerreros" – Kuba 0:5

Bu həftə "B" qrupunda daha 2 görüş olacaq. "Poland Hussars" "Cuba Domadores"i qəbul edəcək, "Astana Arlans" isə Sankt-Peterburqda Rusiyanın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə