İstanbulun "Qalatasaray" futbol klubu ilə bağlı maraqlı xəbər yayılıb. Siasport.az saytı Türkiyənin nüfuzlu "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, son vaxtlar yaşıl meydanlarda sərgilədiyi gözəl futbolu ilə yenidən diqqətləri üzərinə çəkən Uesli Sneyderə, İtaliyadan yeni təklif gəlib. Məlumatda deyilir ki, İtaliyanın nəgəng futbol klublarından olan "Milan" futbol klubu, "Qalatasaray"a maraqlı transfer təklifi göndərib. Milan təmsilçisi, hollandiyalı ulduzun müqabilində ərəb əsilli ulduz futbolçusu Stefan Əl Şərabini İstanbul nəhənginə təklif edib. Məlumata əsasən, "Qalatasaray"ın baş məşqçisi olan italiyalı Roberto Mançini də S.Ə.Şərabini sərəncamında görmək istəyir. İtaliya mediyası isə, belə bir iddia irəli sürüb ki, "Milan" qış transfer dönəmindəcə bu transferi bitirməyi planlaşdırır və İstanbul klubunun razılığını almaq üçün daha sərfəli təkliflə çıxış etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB