Sabah Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun qarşılaşma ərəfəsində mətbuat konfransı təşkil olunub. Siasport.az saytının məlumatına görə, o, belə oyunların vacib olduğunu qeyd edib: "Talllinndə pis oynamadıq. İki səhv etdik və estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik.
Qırğızıstanda olduğumuz üçün şadıq. Burada xoş münasibət gördük. Belə oyunlar bizə vacibdir.
Futbol elə oyundur ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrarlamaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB