Polşada şahmat üzrə komandalararası Avropa çempionatı yekunlaşıb. Siasport.az saytının məlumatına görə, IX turda Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşıb. Bütün görüşlərdə heç-heçə qeydə alınıb - 2:2.
Digər oyunlarda isə Fransa yığması Rusiya millisinə məğlub olduğundan (2,5:1,5) Azərbaycan komandası yarışda birinci olub.
Son nəticələrə görə, Azərbaycan millisi 14 xalla 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Xatırladaq ki, 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda da şahmatçılarımız bririnci olmuşdular.
IX turun nəticələri
AZƏRBAYCAN - Ermənistan - 2:2
Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov - Vladimir Akopyan
Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB