Kapello daha 4 il Rusiya yığmasında!

Kapello daha 4 il Rusiya yığmasında!

Rusiya futbol İttifaqı, futbol üzrə Rusiya millisinin baş məşqçisi Fabio Kapello ilə hazırkı müqavilənin müddətini uzatmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bildirib. O bəyan edib ki, RFİ, tanınmış italyan futbol mütəxəssisi ilə hazırkı müqavilənin müddətini daha 4 il uzatmaq istəyir. Nazir bildirib ki, artıq F.Kapello ilə prinsipial razılaşma əldə olunub. V.Mutko bildirib ki, bu məsələ ilə bağlı italyan baş məşqçinin vəkilləri noyabrın 22-də Moskvaya gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə