İstanbulun "Qalatasaray" futbol klubu, qış transfer dövründə səs-küylü transferlər reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "cim bom"un hədəfində əsasən "Çelsi"nin futbolçusu Con Terri dayanır. İngiltərənin "Daily Mail" nəşri iddia edir ki, İstanbul klubu təcrübəli müdafiəçiyə üç illik müqavilə təklif etməyə hazırlaşır. Terrinin sözləşməni qəbul edəcəyi təqdirdə illik 3 milyon yarım avro qazanacağı bildirilir. Klubla müqaviləsi bitəcək 32 yaşlı oyunçunun yanvar ayında "Qalatasaray"a keçidinin mümkün olduğu iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB