ABU “QAS Meqas Aleksandros”u məğlub edib

ABU “QAS Meqas Aleksandros”u məğlub edib

Qadın həndbolçulardan ibarət Bakının ABU komandası Çellenc Kuboku turnirinin üçüncü mərhələsində ilk matçına çıxıb. Siasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Yunanıstanın "QAS Meqas Aleksandros" komandası ilə qarşılaşıb.
"ABU-Arena"da təşkil olunan oyunda qonaqlar nominal ev sahibləri sayılsalar da, qarşılıqlı razılaşmaya əsasən hər 2 matç paytaxtımızda olacaq.
Hollandiyalı baş hakim Ruud Geraetsin idarə etdiyi oyun ABU-nun 32:21 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində ən çox xalı İnarə Yusubova toplayıb.
Komandalar arasında cavab oyunu bu gün "Abu-Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə