“Turan-T” “Energetik”ə 5 cavabsız qol vurub

“Turan-T” “Energetik”ə 5 cavabsız qol vurub

Futbol üzrə Azərbaycan I Divizionunda 10-cu tura start verilib. Siasport.az saytının məlumatına görə, Mingəçevirə səfər edən "Turan-T" klubu yerli "Energetik"lə oyunda böyük hesablı qələbə qazanıb - 5:0. Tovuz təmsilçisinin heyətində Rəşad Piriyev (d.21), Asəf Qədiri (d.32), Azər Məmmədov (d.42), Emin Mirzəliyev (d.69) və Çingiz Aşırov (d.89) fərqləniblər. Turun digər oyunları bu gün və sabah günləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə