Berti Foqts: "Oyuna daha məsuliyyətlə yanaşsaydıq, uduzmazdıq”

Berti Foqts: "Oyuna daha məsuliyyətlə yanaşsaydıq, uduzmazdıq”

Estoniya və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan (2:1) sonra millimizin baş məşqçisi Berti Foqts qarşılaşma barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, matçı şərh edib: "Estoniya millisini qələbə münasibətilə təbrik edirəm. Görünür, qələbə istəkləri daha çox idi.

Birinci hissədə biz, ikincidə Estoniya yığması yaxşı oynadı. Rəqib daha sürətli idi. İki səhvimizdən sonra iki qol buraxdıq. Nəzərə almalıyıq ki, rəqibin futbolçularının çoxu başqa çempionatlarda oynayır.

Oyundan razı qala bilmərəm. Kimsə belə matçlarda 80 faiz qüvvə ilə oynaya biləcəyini düşünürsə, yanılır. Oyuna daha məsuliyyətlə yanaşsaydıq, uduzmazdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə