Bu gün Mingəçevir şəhərində gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu (Dağlıq Şirvan) rayonlarından olan sakinləri qəbul edib. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 50-ə yaxın vətəndaş iştirak edib. Müraciətlərin böyük qismi idman və gənclər sahələri üzrə olub. Burada idman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması məsələləri diqqət mərkəzində olub.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb olunan məsələlər isə nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB