"Bakı"nın futbolçuları Fransada hazırlıqlarını davam etdirirlər

"Bakı"nın futbolçuları Fransada hazırlıqlarını davam etdirirlər

Fransanın Lans şəhərində təlim-məşq toplnatısını davam etdirən "Bakı"nın U-15 komandası "Lans"ın A komandasının ev oyunlarını keçirdiyi "Feliks Bollar" stadionunu gəzib. Siasport.az saytının məlumatına görə, Fransanın tarixi stadionlarından biri kimi tanınan "Feliks Bollar"ın infrastrukturu ilə tanış olan futbolçular klub dükanına da baş çəkiblər.

Stadionda xatirə fotoları çəkdirən komanda üzvləri Fransanın ən çox azarkeş toplaşan arenalarından birinə olan ekskursiyadan razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, "Felix Bollar" stadionuna hər oyunda orta hesabla 32 min azarkeş gəlir. Bu baxımdan sözügedən arena Fransanın 3-cü stadionu sayılır.

Bazaya qayıdandan sonra isə futbolçular məşqə çıxıblar. Məşq zamanı texnika üzərində çalışan gənc futbolçular topla rəftar təmrinlərini yerinə yetiriblər. Məşq fiziki çalışmalarla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə