Gənclik və təcrübə bir arada

Fransada təlim-məşq toplantısı keçirən "Bakı"nın U-15 komandası dünən "Lans"ın əsas heyətinin məşqini izləyib. Siasport.az saytının məlumatına görə, hazırda Fransa 1-ci liqasına yüksəlmək uğrunda müvəffəqiyyətlə mübarizə aparan "Lans" futbolçuları azərbaycanlı gənc həmkarlarını salamlayaraq, onlara uğurlar arzulayıblar.

Məşqdən sonra "Bakı"nın üzvləri "Lans"ın aparıcı simaları ilə bir araya gəliblər. Pablo Çavarriya, Jan Filip Gbamin, Alasan Ture, Vilyan Kiprien və Rudi Rio ilə söhbətləşmək imkanı qazanan gənc futbolçular ulduz oyunçularla daha yaxından tanış olublar. Kumirləri ilə xatirə şəkli çəkdirən futbolçular "Lans"ın axşam məşqini də maraqla izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə