"Qarabağ" məşqlərə başladı

Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AZAL-la oyundan sonra komandaya 4 günlük istirahət vermişdi. Siasport.az saytının məlumatına görə, artıq yenidən yığışan Ağdam təmsilçisi hazırlıqlara başlayıb.
Millidə oynayan futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Bu səbəbdən əsas komandanın hazırlığına aşağı yaş qruplarından futbolçular cəlb edilib.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın XIV turunda "Rəvan"ı qəbul edəcək. Oyun noyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə