“Neftçi” niyə öz bazasında məşq edə bilmir?

“Neftçi” niyə öz bazasında məşq edə bilmir?

Premyer Liqanın 13-cü turunda "Bakı" üzərində qələbə qazanaraq, lider "Qarabağ"la xalları bərabərləşdirən "Neftçi" məşqlərini bərpa edib. Siasport.az saytının məlumatına görə, dünəndən etibarən istirahəti başa çatan komanda bu gündən kollektiv məşqlərə başlayıb. İstirahət zamanı heç bir əcnəbi futbolçu vətəninə yollanmayıb. Təbii ki, Özbəkistan millisinə dəvət alan Bahodir Nasimov istisnadır. Onunla yanaşı, əsas millinin düşərgəsində 2, U-21-də isə 5 "Neftçi"li var.

Qeyd edək ki, "Neftçi"nin bazasındakı meydançaya toxum səpildiyindən, komanda məşqlərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçir. "Flaqman" hazırlıq dönəmində yoxlama görüşü keçirməyi düşünmür. //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə