Arda Turan: "İspanyaya getdim, yenə də sizdən canımı qurtara bilmədim”
"Atletiko Madrid"in futbolçusu Arda Turan media mənsublarının kameralarına tuş gəlib. Siasport.az saytının məlumatına görə, futbolçu dostu Əmrə Belözoğlu ilə yemək yedikdən sonra restoranın qarşısında jurnalistlərin suallarını cavablandıraraq, şəxsi həyatından danışıb: "Yeddi aydır aktrisa Sinem Koballa nişanlıyıq. Bir müddət öncə xəbər yayıldı ki, 3 dəfə toyumuzu təxirə salmışıq. Bu, yalan xəbərdir. Belə məlumatları özünüzdən uydurub yazmayın. Dostlar, ayıbdır, bəsdir".
O, açıqlamasının sonunda "İspanyaya getdim, yenə də sizdən canımı qurtara bilmədim",- deyərək jurnalistlərlə zarafat etməyi də unutmayıb.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB