“Azərreyl” və “Lokomotiv”in CEV kubokunda növbəti oyunlarının vaxtı müəyyənləşib
Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparan Bakı klublarının ev oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "Azərreyl" komandası 1/8 final mərhələsinin ilk görüşünə dekabrın 4-də çıxacaq. Komandamızın Bakı Voleybol Mərkəzində "Olomouts"la (Çexiya) qarşılaşması saat 18:00-da başlayacaq.
"Lokomotiv" isə "Hapoel"i (Kfar Saba, İsrail) "Azərreyl"dən 1 gün sonra sınağa çəkəcək. Matç eyni məkanda və eyni saatda başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB