"Bayıl Arena"nın süni örtüyünə 2 ulduz FOTO

"Bayıl Arena"nın süni örtüyünə 2 ulduz FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunmuş "Bayıl Arena"nın süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Siasport.az saytının məlumatına görə, beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb. FİFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il oktyabrın 13-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə