Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, komandamızı bundan sonra bolqarıstanlı mütəxəssis Semyon Çterev çalışdıracaq.
Xatırladaq ki, bu ilin martında keçirilən Avropa çempionatından sonra baş məşqçi Saypulla Absaidovun sərbəst güləş növündə bütün yaş qrupları üzrə yığma komandalara məsləhətçi vəzifəsinə keçirilməsi ilə əlaqədar yığma komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq federasiyanın vitse-prezidenti Məhəmməd Əliömərova həvalə edilmişdi. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatından sonra isə Azərbaycan Güləş Federasiyasının rəhbərliyi seçimini son bir neçə ayda yığmada məşqçi kimi çalışan Bolqarıstan yığmasının keçmiş çalışdırıcısı Semyon Çterevin üzərində saxlayıb. Yığma komandamız bu ayın 22-24-də Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə Çterevin rəhbərliyi altında hazırlaşır. Millimizin məşqçilər korpusunun digər üzvləri də öz işlərini davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə