Boksçumuz erməni rəqibini məğlub etdi

Boksçumuz erməni rəqibini məğlub etdi

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində daha iki boksçumuz qələbə qazanıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri yarımfinala vəsiqə qazanıblar.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.

Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə