Mourinyo: "Ronaldo ilə heç bir problemim yoxdur"

Mourinyo: "Ronaldo ilə heç bir problemim yoxdur"

"Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo, həmyerlisi Kriştiyanu Ronaldo barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "Real"ın keçmiş baş məşqçisi olan J.Mourinyo, hazırda kral klubunda çıxış edən ulduz futbolçu barədə etiraflarını dilə gətirib. O bildirib ki, K.Ronaldo daima nizam-intizamı ilə digərlərindən seçilirdi. K.Ronaldo ilə heç bir probleminin olmadığını deyən J.Mourinyo bildirib ki, portuqaliyalı həmyerlisi məşqçi koryerası ərzində çalışdığı ən professional futbolçudur. O qeyd edib ki, Ronaldo ilə "Real"da keçirdiyi günlər, məşqçi koryerası baxımından olduqca önəmli illərdir. K.Ronaldonu dünyanın ən güclü futbolçusu adlandıran J.Mourinyo bildirib ki, kral klubunun ulduz futbolçusu ilə yenidən İngiltərə Premyer Liqasında üz-üzə gəlməyi də arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə