Bahodir Nasimov Özbəkistan millisinə yollanacaq

Bahodir Nasimov Özbəkistan millisinə yollanacaq

Bakının "Neftçi" futbol klubunun forvardı Bahodir Nasimov, Asiya Kubokunun seçmə mərhələ oyunlarında meydana çıxacaq. Siasport.az saytı Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Özbəkistan millisinin baş məşqçi Mircəlal Qasımov 2015-ci ildə keçiriləcək üçün bu turnirin 2 seçmə oyunu üçün yekun heyəti açıqlayıb. Bu heyətdə "Neftçi"nin hücumçusunun adına da rast gəlmək mümkündür. Millisində 10 oyuna 5 qol vuran 26 yaşlı futbolçu noyabrın 15-də Vyetnam, 19-da isə Honkonqa qarşı forma geyə bilər. Özbəkistan millisi noyabrın 10-da bir araya gəlsə də, Nasimov komandasının Daşkənd toplanışına bir gün sonra qoşulub. Buna səbəb ayın 10-da onun çıxış etdiyi "Neftçi"nin "Bakı" ilə derbi matçının olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə