Apellyasiya və Ekspert Komitəsi “Qəbələ”nin müraciətini təmin etmədi

Apellyasiya və Ekspert Komitəsi “Qəbələ”nin müraciətini təmin etmədi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda "Qəbələ" İK, "Mil-Muğan" FK və məşqçi Nadir Qasımovun müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin "Qəbələ" İK-nın U-17 komandasına "İnter" - "Qəbələ" oyununda verilmiş texniki məğlubiyyət, klubun məşqçisi və klub barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

2. AFFA-nın İntizam Komitəsinin "Mil-Muğan" FK-nın futbolçusu Hacıyev Elşən Elman oğlu barədə çıxardığı qərar qüvvədə saxlanılsın.

3. AFFA-nın İntizam Komitəsinin "Şuşa" FK-nın baş məşqçisi Nadir Qasımov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Baş məşqçi Nadir Qasımov intizam tədbiri olaraq 5 oyunluq kənarlaşdırılsın, digər 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Nadir Qasımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə