"Bakı" “Lans”a məğlub oldu

Xəbər verdiyimiz kimi, "Bakı"nın U-15 komandası artıq Fransanın Lans şəhərindədir. Siasport.az saytının məlumatına görə, dünən Lansda yağışlı hava olmasına rəğmən, komanda səhər saatlarında ilk məşqini keçirib. Üstəlik, "sarı-qırmızılar"ın məşqçisi Jan Pyer Lurisella "Bakı"nın qapıçıları ilə ayrıca hazırlıq keçib. Axşam isə "Bakı" "Lans"dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. Komanda qarşılaşmadan məğlub ayrılıb. Bu gün "Bakı"nın yetirmələri "Disney Land"ə gəzintiyə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə