Azərbaycan şahmatçıları Avropanın komanda çempionatında uğurla çıxış edirlər
Polşanın paytaxtı Varşavada kişi və qadın şahmatçılar arasında Avropa komanda çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, açıq çempionatda 4 turdan sonra 8 xal toplayan Fransa komandası liderlik edir. Səkkiz komanda, o cümlədən Azərbaycan yığması 2 xal geri qalır. Ukrayna, Gürcüstan, Yunanıstan, Macarıstan, Rumıniya, Çexiya və Belarus komandaları da hərəyə 6 xal toplayıblar.
Qadınların çempionatında hərəyə 8 xal toplayan Polşa və Ukrayna komandaları liderlik edirlər. Azərbaycan komandasının cəmi 4 xalı var.
Kişilərin turnirinin 5-ci turunda Çexiya - Azərbaycan qarşılaşması, qadınların turnirində isə Fransa - Azərbaycan matçı keçiriləcək.
Qeyd edək ki, kişilərin turnirində 38, qadınların turnirində isə 32 komanda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB