Futbol üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqində komandanın üzvləri Vaqif Cavadov və Ruslan Abışov fikirlərini bildiriblər. Siasport.az saytı futbolçuların fikirlərini nəzərinizə çatdırır:

Vaqif Cavadov: "Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim. Ancaq kimin qol vurmasının fərqi yoxdur. Hələ Estoniya yığması ilə oyunun taktikasını müzakirə etməmişik. Amma bilirəm ki, seçmə mərhələdə zəif çıxış ediblər. Bununla belə, rəqib mübarizəni sevən komandadır".

Ruslan Abışov: "İlin son oyunlarıdır. Estoniya millisi güclü komandadır. Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdur. Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB