Rudi Völler: "Niyə gələn il Dünya Çempionu biz olmayaq?"

Rudi Völler: "Niyə gələn il Dünya Çempionu biz olmayaq?"

Almaniya futbolunun canlı əfsanələrindən sayılan Rudi Völler, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ötənlərin əfsanə futbol veteranı, futbol üzrə Almaniya millisinin son illər olduqca gücləndiyini qeyd edərək, baş məşqçi Yoahim Lövün milli komandanın inkişafı üçün böyük əmək sərf etdiyini açıqlayıb. R.Völler, gələn il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatında Almaniya millisinin artıq böyük hədəflər uğrunda mübarizə aparmalı olduğunu dilə gətirib: "Artıq yarımfinal və final mərhələləri bizim kimi güclü komanda üçün hədəf sayıla bilməz. Biz o mərhələni arxada qoymuşuq. Niyə də gələn il Dünya Çempionu biz olmayaq?. Buna kifayət qədər gücümüz də var. Mən əminəm ki, Yoahim Löv futbolçularını məhz bu hədəfə hazırlaşdırmalıdır."

Bütün xəbərlər Facebook səhifəmizdə