Frank Riberi: "Vücudumda türk qanı var"

Frank Riberi: "Vücudumda türk qanı var"

Hazırda Almaniyanın "Bavariya" futbol klubunda çıxış edən fransalı futbol ulduzu Frank Riberi, bir vaxtlar çıxış etdiyi İstanbulun "Qalatasaray" futbol klubu haqqında danışıb. Siasport.az saytı Türkiyənin "Sporx.com" idman saytına istinadən xəbər verir ki, karyerasını Türkiyədə davam etdirməklə bağlı verdiyi qərar, onun həyatında ən yeni səhifəni açmış olub: "Orada həyatımın ən gözəl günlərini keçirdim. İstanbulda futbol azarkeşləri olduqca çılğındırlar. Bu isə insanı daha əzmlə futbol oynamağa vadar edir. Xüsusi ilə biz "Fənərbaxça"nı 5:1 hesabı ilə məğlub etdiyimiz qarşılaşmadan sonra yaşananları dilə gətirmək mümkünsüzdür. Həmin oyundan sonra özümü sanki vücudumda türk qanı varmış kimi hiss etdim."

Bütün xəbərlər Facebook səhifəmizdə