"Yavaş-yavaş formaya düşürəm"

"Yavaş-yavaş formaya düşürəm"

Hazırda Rusiyanın "Rubin" futbol klubunda çıxış edən Ruslan Abışov, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin futbolçusu bildirib ki, Estoniya millisi güclü komandadır. Qırğızıstan yığması haqda isə elə də məlumatı yoxdur: "Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə