Futbol üzrə İtaliya A Seriyasında növbəti məşqçi dəyişikliyi baş verib. Siasport.az saytı xəbər verir ki, bu dəfə "Sampdoriya" baş məşqçi Dello Rossini istefaya göndərib. İtaliya futbol klubunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, təcrübəli mütəxəssis, son turlarda alınan uğursuz nəticələrə görə komanda rəhbərliyinin qəzəbinə tuş gəlib. Rəsmi məlumatda deyilir ki, təcrübəli futbol mütəxəssisi ilə qüvvədə olan müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. "Sampdoriya"da baş məşqçi funksiyasının məşqçilər korpusunda yer alan gənc Françesko Pedone tərəfindən icvra olunacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB