Topaz Premyer Liqasının 13-cü turunun "İnter" - "Simurq"(0:0) qarşılaşmasından sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze futbolçulara istirahət verib. Siasport.az saytının məlumatına görə, sabah 3 günlük istirahətdən sonra komanda yenidən bir araya gələcək və "Şəfa" stadionda məşq edəcək.
Qeyd edək ki, çempionatda yaranmış fasilə zamanı "İnter" bir yoxlama matçı keçirəcək. Bu oyunda "İnter"in rəqibi "Sumqayıt" olacaq. Qarşılaşma oktyabrın16-sı "Şəfa" stadionunda baş tutacaq. Görüş saat 18.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB