Həkim: "Ürfan Abbasovun durumu ciddidir"

Həkim: "Ürfan Abbasovun durumu ciddidir"

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Xəzər-Lənkəran" - "Qəbələ" (0:0) matçında "qırmızı-qaralar"ın 2 futbolçusu - İbrahima Niasse və Ürfan Abbasov zədələnmiş və bu səbəbdən oyunu davam etdirə bilməmişdi. Siasport.az saytının məlumatına görə, matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. R.Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib: "Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldür. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Ü.Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Omar Kalabane və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur".

Bütün xəbərlər Facebook səhifəmizdə