Viktor İqbekoyi ilk üçlüyün bir addımlığında STATİSTİKA

Viktor İqbekoyi ilk üçlüyün bir addımlığında STATİSTİKA

Topaz Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyununda hesabı açan Bakının AZAL klubunun futbolçusu Viktor İqbekoyi çempionatda 41-ci qolunu vurub. Siasport.az saytının məlumatına görə, bununla da nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri siyahısında 4-cü pilləyə şərik olub. İndi İqbekoyi milliləşən braziliyalı Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi Branimir Subaşiçə də çatacaq.

Ümumiyyətlə isə milliləşənlər də daxil olmaqla, cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İqbekoyi karyerasını hələ də çempionatda davam etdirir.

1

Badri Kvaratsxeliya

71

2

Georgi Adamiya

61

3

Branimir Subaşiç

42

4-5

Viktor İqbekoyi

41

Leandro Qomeş

41

6-7

Fernando Peres

40

Junivan Suares

40

Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İqbekoyi hazırkı klubunun Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudur. Bu göstəricidə, o, yalnız Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində 9 futbolçu 10 və daha çox qola imza atıb.

1

Zohair Benouahi

24

2

Junior Nildo

21

3

Viktor İqbekoyi

19

4

Junivan Suares

17

5

Xaqani Məmmədov

13

6

Anatoli Doroş

12

7-9

Leandro Qomeş

10

Qvidas Yuska

10

Tales Şütz

10

Bütün xəbərlər Facebook səhifəmizdə