Topaz Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, turun 5 qarşılaşmasından 4-ü heç-heçə başa çatıb. Yalnız "Neftçi"nin qələbə qazandığı turda uduzan tək komanda "Bakı" olub. Paytaxt derbisində "ağ-qaralar" 2:1 hesabı ilə qalib gəlib.
Digər oyunlardan AZAL -"Qarabağ" və "Rəvan" - "Sumqayıt" görüşləri 1:1 hesabı ilə başa çatıb. "İnter"lə "Simurq", həmçinin "Xəzər Lənkəran"la "Qəbələ" isə meydanı qol vurmadan tərk edib.
Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha "sülhsevər"olmuşdu.
Azərbaycan çempionatları tarixinə nəzər salsaq, sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan "sülh"lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.
2012/13 mövsümü
1-ci tur
|
04.08.2012 |
Simurq (Zaqatala) - Qəbələ |
1:1 |
|
04.08.2012 |
Sumqayıt - AZAL (Bakı) |
2:2 |
|
04.08.2012 |
Kəpəz (Gəncə) - Turan (Tovuz) |
1:2 |
|
05.08.2012 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:1 |
|
05.08.2012 |
Rəvan (Bakı) - Xəzər Lənkəran |
1:1 |
1-ci turun təxirə salınan oyunu
|
18.12.2012 |
Neftçi (Bakı) - Bakı |
1:1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB