"Sumqayıt" "İnter"lə yoxlama oyunu keçirəcək

"Sumqayıt" "İnter"lə yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının 14-cü turunda doğma azarkeşləri qarşısında "Simurq"u qonaq edəcək "Sumqayıt" futbol klubu 3 günlük istirahətin ardından məşqlərə start verib. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun komandası bu gündən etibarən gündə iki dəfə olmaqla hazırlıq keçəcək.

Qeyd edək ki, "Sumqayıt" FK milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə ərfəsində, noyabrın 16-da "İnter"lə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 18:00-da "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə