Futbol üzrə Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi "Sumqayıt" klubunun üzvü Vurğun Hüseynovu düşərgəyə dəvət edib.
Xatırladaq ki, millimiz noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışındadır (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB