"Bakı"nın futbolçuları “Lans”la tanış oldular

"Bakı"nın futbolçuları “Lans”la tanış oldular

"Bakı" futbol klubu Madrid "Atletiko"su ilə yanaşı, "Lans"la da işbirliyini də davam etdirir. Siasport.az saytının məlumatına görə, bir müddət əvvəl 5 yeniyetmə futbolçusunu təlim-tədris üçün "Atletiko"nun futbol akademiyasına yollayan klubun U-15 komandası isə Fransaya gedib.

Kollektivin üzvləri "Lans"ın bazası ilə tanış olublar. Həmçinin onlar Fransada qeyd edilən "Armistice" bayramına qatılıblar. Dünən axşam saatlarında "Lans"ın "La Qaillette" bazasında məşq edən "Bakı"nın yetirmələri bu gün yoxlama görüşü keçirəcəklər. Komandaya rəhbərlik "sarı-qırmızılar"ın uşaq futbol akademiyasının məşqçisi Arsene Herveyə tapşırılıb.

Qeyd edək ki, "Bakı"nın daha 3 yoxlama matçında meydana çıxması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə